Təqvim spredi

Calendar spread Müxtəlif müddətlərə icrası nəzərdə tutulan, eyni qiymətli və bir tipli opsionların (“Put” və ya “Koll”) eyni zamanda alqı-satqısını nəzərdə tutan opsion strategiyası.
Təkrar təklif (yerləşdirmə)
Tələb olunan gəlirlik
OBASTAN VİKİ
Təqvim
Təqvim — böyük vaxt intervallarının hesablanması sistemi. Əsasını göy cisimlərinin hərəkəti ilə əlaqədar olan dövri təbiət hadisələri təşkil edir. Müxtəlif təqvim növləri mövcuddur. Miladdan 3000 il öncə şumerlər bir gecə-gündüzü 24 saata, bir ili on iki aya bölürdülər. Ən qədim təqvim Ay təqvimi olmuşdur. Miladdan 2780 il öncə Misir kahinləri tərəfindən 365 gündən ibarət il təqvimi hazırlandı. Müasir dövrdə təqvimin daha geniş yayılmış növü Günəş təqvimidir. Ay təqvimi üzrə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir. Ay təqvimi Günəş təqvimindən 11 gecə-gündüz qısadır. Vaxtın hesablanmasında daha çox müxtəliflik ilin başlanğıcını nə vaxtdan hesablamaqda olmuşdur.
Kəpənək spredi
Google Təqvim
Google Təqvim (ing. Google Calendar) — 13 aprel 2006-cı ildə Google şirkəti tərəfindən istifadəyə verilən və internet istifadəçilərinə təqvim xidmətləri göstərən xidmətdir. İnternet istifadəçilərinin bu xidmətdən faydalana bilmələri üçün "Google"da qeydiyyatdan keçmələri lazımdır. Təqvimə əlavə olunan bir hadisənin vaxtı gəldiyində ya da bir müddət əvvəlindən e-poçt ya da sms-lə istifadəçiləri xəbərdar edilir.
Hicri təqvim
Hicri-qəməri təqvim(İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, ət-təqviməl-hicri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir. Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ (Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır.
Miladi təqvim
Qriqori təqvimi — dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının rəsmi təqvimi. Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunmuşdur. Daha əvvəlki Yuli təqviminin islah edilmiş variantıdır. 4 oktyabr 1582-ci ildən tətbiq olunsa da ayrı-ayrı ölkələrdə bu təqvimə müxtəlif vaxtlarda keçilmişdir. Yanvar — 31 gün Fevral — 28 və yaxud 29 Mart — 31 gün Aprel — 30 gün May — 31 gün İyun — 30 gün İyul — 31 gün Avqust — 31 gün Sentyabr — 30 gün Oktyabr — 31 gün Noyabr — 30 gün Dekabr — 31 gün Yuli təqvimi hər 400 ildə təbiət təqvimini təxminən 3 gün üstələyirdi. Məsələn, əgər eranın başlanğıcında — İusus Xristosun doğulduğu illərdə, gecə-gündüz bərabərliyi (başqa sözlə, Novruz bayramı) martın 23-nə düşürdüsə, 1600-cü ildə martın 11-nə təsadüf etməli idi (23-((1600:400)Х3)). Ona görə də Papa Qriqori təqvimdə islahat etməyə məcbur oldu və 4 oktyabr 1582-ci il tarixdə İspaniya, İtaliya, Portuqaliya, Reç Pospolitiya (Büyük Litva knyazlığı və Polşa tərkibində federativ dövlət) ərazisində oktyabrın 5-inin 15 oktyabr olduğu elan edildi. Lakin provoslav məzhəbli xristianlar Papa Qriqorinin islahatını qəbul etmədilər. Rusiya 1918-ci ilə qədər Qriqori təqviminə keçmədi. Vladimir Leninin dekreti ilə 31 yanvar 1918-ci il tarixdə Rusiyada fevralın 1-i, fevralın 13-ü elan edildi.
Rumi təqvim
Rumi təqvim (türk. Rumi takvim) — təqvim, Osmanlı İmperiyasında 1840-cı ildən başlamaqla istifadə edilmiş və Türkiyə Respublikası zamanına — 1926-cı ilə qədər, istifadəsi davam etmiş rəsmi təqvim. Osmanlı İmperiyasında 1839-cu ilə —Tənzimat dövrünə, qədər bütün islam ölkələrində olduğu kimi rəsmi təqvim Hicri-qəməri təqvimi idi. Hicri-qəməri təqvimin isə 33 ili təxminən 32 tropik ilə bərabərdir. Ay səhifələrinin dəyişməsinə əsaslanan Hicri-qəməri təqvim ili tropik ildən təx. 11 gün qısa olduğuna görə onda fəsillər daima yerlərini dəyişir. Məsələn, Hicri-qəməri təqvimin ayı həm qış fəslinə və həm də yay fəslinə təsəadüf edə bilər; başqa sözlə, haçansa qış fəslinə təsadüf edən Hicri-qəməri təqviminin ayı, 15-16 il sonra yay fəslinə təsadüf etməlidir. Bu hal isə Osmanlı İmperiyasında mövsümü işlərin planlaşdırılmasında və icrasında, o cümlədən, məhsula görə vergilərin toplanmasında və hesalanmasında çətinliklər yaradırdı. Hələ 1677-ci ildə Sultan IV Mehmedin baş xəzinədarı Həsən paşanın təşəbbüsü ilə Hicri-qəməri təqvimin hər 33 ilində günəş təqviminə nisbətən yaranan 1 artıq ili atmaq yolu ilə maliyyə sənədlərini qaydaya salmağa başlamışdılar. 1740-ci ildə - I Mahmudun hakimiyyəti dövründə isə xəzinədar Atıf əfəndinin təklifi ilə maliyyə ilinin 1-ci ayı kimi Hicri-qəməri təqviminin məhərrəm ayı əvəzinə Yuli təqviminin mart ayı əsas götürüldü və vergilər də bu aydan başlayan dövrülük əsasında toplandı.
Təqvim çevirmələri
Təqvim çevrilmələri — təqvimlər arasında il fərqini təyin edir. Miladi tarixin hicri tarixinə çevrilməsi düsturu: H i c r i = M i l a d i − 622 + M i l a d i − 622 32 {\displaystyle Hicri=Miladi-622+{\frac {Miladi-622}{32}}} Hicri tarixin miladi tarixə çevrilməsi üçün düstur: M i l a d i = H i c r i − M i l a d = 43 + 621 {\displaystyle Miladi=Hicri-Milad=43+621} Miladi təqvimini yəhudi təqviminə çevirmək üçün düstur.
Azərbaycan təqvim inancları
Azərbaycan təqvim inancları (az-əbcəd. آزربایجان تقویم اینانجلاری‎) — Azərbaycan mədəniyyətində müxtəlif vaxtların (kosmik dövrlər, illər, aylar və s.) adlandırılması ilə bağlı yayılmış inanclar. Tarixən Azərbaycan mədəni mühitində on iki heyvanlı türk təqvimi və Cəlali təqvimi istifadə edilmişdir. Bölgədə on iki heyvanlı təqvim monqol dövründən, Cəlali təqvimi isə ən geci XVIII əsrdən etibarən istifadə edilmişdir. Səfəvilər dövründə on iki heyvanlı təqvim rəsmi təqvim kimi istifadə edilmişdir. Bu dövrdə məlik-üş-şüəra (şairlərin başçısı) sarayda köhnə ildən yeni ilə keçid ilə bağlı, Azərbaycan dilində şeirlər deyirdi. On iki heyvanlı təqvim İranda 1925-ci ilə, Qacarların süqutuna qədər istifadədə qalmışdır. Azərbaycan xalq təqviminin formalaşması təbiətə münasibətdən (məs. Boz ay), səma cisimlərinin hərəkətindən (məs. Quyruqdoğdu), təsərrüfat ənənələrindən (məs.
Hicri-qəməri təqvim
Hicri-qəməri təqvim(İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, ət-təqviməl-hicri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir. Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ (Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır.
Təqvim əs-sıhha
Təqvim əs-sıhha lat. Tacuinum Sanitatis — Ərəb alimi İbn Butlan tərəfindən tibb sahəsində yazılmış kitab. Kitabda olan bir çox söz latın dilindən tərcümə edilmişdir. Əsasən Bitki və ərzaqların insan orqanizminə olan xeyir və zərərlərindən danışılsada, nəfəs almaq, eşitmə, ruhi sağlamlıq mövzularında ətraflı məlumat verilmişdir. Orta əsrlərin sonlarına yaxın Qərbi Avropada məşhurlaşmağa başlayan kitab, XVI–XIX əsrlərdə tibbi təhsil alan şəxslər üçün əvəzolunmaz mənbə olmuşdur. Təqvim əs-sıhha kitabında tibbi məlumatlarla yanaşı, kənd təsərrüfatı ilə bağlıda ətraflı məlumat verilmişdir. Dünya kitabları arasında yerkökünün təsviri, ilk dəfə Təqvim əs-sıhha kitabında verilmişdir. Kitabın adı latın dilində Tacuinum kəlməsindən yaranmışdır. Bu sözün tərcüməsi əl kitabı deməkdir.

Значение слова в других словарях